“Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş "Təşkilat saatı"

  Bu gün  3 c  sinfində “Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş "Təşkilat saatı" keçirildi. Şagirdlər hazırladıqları şəkillər və plakatlar qarşısında  Ümummilli liderə həsr olunmuş şeirlər söylədilər. Ulu öndərin gözəl kəlamlarını həvəslə  deyib  onunla fəxr etdiklərini dilə gətirdilər. Sinif rəhbəri Aygün Nəcəfova şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında  məlumat verdi.Ümummilli lider Azərbaycan xalqı və onun təhsili üçün böyük işlər görmüşdür. Uşaqların gələcəyi, təhsili və müəllim haqqında dəyərli fikirlər söyləyən Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın keçmişi və gələcəyinin qurulmasında misilsiz xidmətləri var. 

  Körpə fidanlar  söz verdilər ki, Ulu öndərin xatirəsini həmişə yad edəcək, ona layiq olmağa çalışacaqlar.

  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi