Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual yarış

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirilən silsilə tədbirlər davam etdirilir. Məktəbimizin 9c, 9f və 9e sinif şagirdləri arasında fizika fənni üzrə intellektual yarış keçirilib. Fənn müəllimi Allahverdiyeva Səlminaz yarış zamanı şagirdlərə keçilmiş proqram üzrə slaydlar üzərindən düşündürücü suallar, iş prinsiplərinə görə cihazların təyini barədə tapşırıqlar təqdim etdi. Komandaların gərgin mübarizəsi yarışı müşahidə edən qonaqlar tərəfindən maraqla izlənildi. Sonda komandaların iştirakçılarına qazandıqları ballara görə 1 -ci, 2 -ci və 3 -cü yerlər üzrə diplomlar təqdim olundu.