"Heydər Əliyev-100"

   Xalq tarixin yaradıcısıdır. Onun bünövrə daşlarını qoyan, ucaldan, nəsillərə töhfələr verən əsas qüvvədir. Lakin xalqı yaradıcılığa yönəldən, istiqamətləndirənz təmsil etdiyi dövlətin nüfuzunu yüksəldən müdrik şəxsiyyətdir. Məhz belə şəxsiyyətlər yüksək humanizmi,siyasi istedadı, dövlət müdrikliyi ilə seçilirlər. Belə bacarıqlı şəxsiyyət, dövrün zamanın nəbzini tutaraq xalqa yol göstərən məhz o idi-Ulu Öndər Heydər Əliyev.

   Məktəbin 6 a sinif şagirdləri ingilis dili müəllimi Sevinc Mustafayevanın təşkilatçılığı ilə "Heydər Əliyev-100" adlı tədbir keçirtdi. Tədbirdən öncə məktəbin direktoru Dadaş Əliyev və tədbir iştirakçıları Ümummilli Liderin Suraxanı İcra hakimiyyətində yerləşən büstü önünə əklil və gül dəstələri qoydular, daha sonra məktəbin akt zalında tədbirə davam etdlər. Əvvəlcə müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olundu. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıdılar. Sonra məktəblilər Ulu Öndərə həsr olunan şeirlər, mahnılar söylədilər, və ədəbi-bədii kompozisiyalar təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi