“Heydər Əliyev-Xalqın xilaskarı” adlı müzakirə xarakterli “Dəyirmi masa”

03.05.2023-cü il tarixində məktəbin tarix müəllimi Hacıbala Abdullayev 10 a sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev-Xalqın xilaskarı” adlı müzakirə xarakterli “Dəyirmi masa” təşkil etdi. Tədbirin gedişatında Heydər Əliyevin həyatı, fəaliyyəti, siyasəti kimi mövzulara toxunuldu. Xalqımızın acınacaqlı günlərində Heydər Əliyevin xilaskar kimi tarix səhnəsinə çıxmasından, ölkəmizi xaosdan sabitliyə aparan yolda yorulmaz fəaliyyətindən söhbət açıldı. Ulu öndər Heydər Əliyevin həm birinci, həm də ikinci rəhbərliyi dövründə Azərbaycanın tarixi irsinin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi sahəsində xidmətləri yüksək qiymətləndirildi. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var müdrik insanları qiymətləndirənlər var Heydər Əliyev yaşayır və yaşayacaqdır. Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevdir.İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı ulu öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir. Tədbirdə məktəbin direktoru Dadaş Əliyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri İlham Kazımov, Aqşin Kazımov tarix fənn metodbirləşmə sədri Səriyə Əhmədova iştirak etdilər. Müəllimin və uşaqların əməyi qiymətləndirildi.