”Milli mənəvi dəyərlərimiz” adlı güşə

Milli mənəvi dəyərlərimizin qorunması və tanıdılması hər birimizin həm dövlətçilik, həm də vətəndaşlıq borcudur. Bu borcu şagirdlərdə aşılamaq üçün məktəbin kitabxanaçıları Nuridə Quliyeva, Səyyarə Əlixanova 6 a sinif şagirdləri ilə ”Milli mənəvi dəyərlərimiz” adlı güşəni seyr etdilər. Nuridə Quliyeva xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat inciləri, Milli Qəhrəmanlar və onların şərəfli ömür yolu və bir çox maddi, mədəni abidələrimiz haqqında ürək dolusu məlumat verdi. Uşaqlar belə güşələrin olmasını və onlarlala tanışlığı çox sevinclə qarşıladılar.