”Sən elə bir zirvəsən” adlı tədbir

  

  Xalqımızın tarixində öz adı, əməli, şəxsiyyəti ilə iz qoyan əsl Azərbaycanlılar var. Bu şəxslər zaman keçdikcə qəlblərdə əbədi iz qoyaraq ölməzlik zirvəsinə ucalır. Və bu ucalığa qalxmaq, onların şərəfli yolunu təkrarlamağa bir insan ömrü yetməz. Heydər Əliyev məhz bu zirvənin özüdür. 2023-cü il Ulu Öndər ilidir. Xalqımız öz dövlət qurucusunun 100 illik yubileyini qeyd edir. Bütün sahələrdə olduğu kimi təhsil ocaqlarında da bu böyük İnsan sevə-sevə xatırlanır.

  28 aprel 2023-cü il tarixində ibtidai sinif kollektivi adından məktəbin ibtidai sinif müəllimi Könül Bədəlova 4 c sinfinin balaca ”Heydərçiləri” ilə ”Sən elə bir zirvəsən” adlı möhtəşəm bir tədbir keçirtdi. Tədbirdə məktəbin digər ibtidai sinifləri də fəal iştirak edərək öz nəğmələri, qanadlı sözləri, rəqsləri, eyni zamanda çəkdikləri rəsmlər və qəlb çırpıntısı ilə qələmə aldıqları inşaları ilə Ulu Öndərə öz sevgilərini ifadə etməyə çalışdılar. Tədbiri maraqlı edən məqamlardan biri də ümummilli liderin çox sevdiyi S. Vurğunun “Azərbaycan” şeirinin müəllimlərin ifasında səslənməsi oldu.

  Tədbir məktəb direktoru Dadaş Əliyevin və direktor müavini Bəsti Nəsibovanın ürək sözləri ilə yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi