Gənc voleybolçularımızın zəfəri

Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçigi ilə 280 nömrəli tam orta məktəbdə "Vətən uğrunda", "İgidliyinə görə", "Cəbrayılın azad olunması görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Elvin Sədrəddin oğlu Əlimovun xatirəsinə həsr olunmuş voleybol turniri keçirildi. Məktəbimizin fiziki tərbiyə müəllimləri Firuzə Xudiyeva və Səidə Əhmədovanın təşkilatçılığı ilə məktəbin qızlar və oğlanlar komandası bu turnirdə iştirak etdi. Yarisada hər iki komanda yüksək oyun nümayiş etdirdilər. Məktəbimizin oğlanlardan ibarət olan voleybol komandası yarışda 1-ci yeri qazandı. Qizlardan ibarət olan komanda isə 3-cü yerə layiq görüldü. Yarişin sonunda komandalar şəhidin xatirəsinə həsr olunmuş diplomlarla mükafatlandırıldılar.