Xalqımızın adət-ənənələrini əks olunduğu kitab və bədii məqalələrdən ibarət güşə

 Azərbaycan xalqı çox böyük milli dəyərlərə malikdir. Elə milli dəyərlərə ki, xalqımız tarix səhnəsinə çıxdığı gündən bu günə kimi bu milli dəyərlər də formalaşıb, zənginləşib. Xalqımıza aid olan bir sıra milli dəyərlər ədəbiyyatımızda da öz əksini tapıbdır. Dastanlarımızda, şeir və poemalarımızda, nəsr əsərlərimizdə digər folklor nümunələrimizdə milli dəyərlərimiz obrazlı poetik bir şəkildə özünü göstərir.

 Məktəbin kitabxanasında xalqımızın adət-ənənələrini əks olunduğu kitab və bədii məqalələrdən ibarət güşə hazırlanmışdır. Kitabxana müdiri Nuridə Quliyeva şagirdləri bu güşə və kitablarla tanış etdi və onlara ətraflı məlumat verdi. Kitabxanaçı Səyyarə Əlixanova şagirdləri maraqlandıran sualları cavablandırdı. Güşə uşaların marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi