"Mən fəxr edirəm ki, Azərbaycanlıyam "adlı tədbir

  Məktəbin ibtidai sinif müəllimi Samirə Hacıyeva 4 ğ sinif şagirdləri ilə Ulu Öndər, dahi rəhbərimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"adlı tədbir keçirtdi. Tədbir iştirakçıları ilk öncə vətən üçün canından, qanından keçən şəhidlərimizi və bu müstəqilliyi bizə qazandıran Ulu Öndərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra şagirdlər dahi rəhbərin həyat hekayəsini anladan şeirlər, kəlamlar söylədilər, mahnılar səsləndirdilər və birliyimizi, həmrəylimizi təcəssüm etdirən yalli rəqsini təqdim etdilər. Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev öz çıxışında Heyder Əliyevin xalqımız üçün etdiyi əvəzolunmaz xidmətindən danişdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi