“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda “Dəyirmi masa”

26.04.2023-cü il tarixində məktəbin biologiya müəllimi Nəzakət Mustafayeva 10 d sinfinin şagirdləri ilə ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda “Dəyirmi masa” təşkil etdi. Şagirdlərə dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin-Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması yönündə misilsiz xidmətləri haqqında məlumat verildi. Onun ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rolu barədə söhbətlər aparıldı.