9-cu sinif şagirdlərinin Təhsil Mərkəzində keçirilən Açıq Qapı günündə iştirakı

9-cu siniflərdə peşə yönümünü müəyyənləşdirmək üçün müxtəlif secimlər var. Düzgün müəyənləşən seçim gələcəyin perspektivli mütəxəsisi deməkdir. Belə mütəxəsisləri yetişdirən ocaqlardan biri də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzidir. Məktəbin psixoloqu Nurlanna Əhmədova və UBR Təhminə Osmanova bu məqsədlə 9-cu sinif şagirdləri ilə Təhsil Mərkəzində keçirilən Açıq Qapı günündə iştirak etdilər. Ayrı-ayrı peşə sahələrinə həsr edilmiş təcrübə otaqları, oradakı avadanlıqlar, mərkəzin məzunları ilə tanışlıq uşaqlara xüsusi zövq verdi.