Teatrsevərlər ”Xurşidbanu Natəvan” əsərinin tamaşasında

Uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif yollar var. Budəfə də yolumuz teatr sənətinin incilərini canlı-canlı görmək, onların istedadlarının sehrinə düşmək üçün Akademik Milli Dram Teatrına düşdü. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova bir qrup ədəbiyyat və teatrsevərlə bərabər İ. Əfəndiyevin ”Xurşidbanu Natəvan” əsərinin tamaşasında oldu. Böyük şair və xeyriyyəçi Natavanın unudulmaz obrazı ilə yaxından tanış oldular.