"Oxu günü"nə həsr olunmuş tədbir

Kitab şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rol oynayır. Yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğularını aşılayan, insanları mütaliəyə, biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu xoşməramlı tədbir ictimai-sosial həyatda əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bununla bağlı 2023-cü il tarixli 33 nömrəli əmrə əsasən məktəbin 6 f sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Novruzlunun rəhbərliyi ilə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə "Oxu günü"nə həsr olunmuş tədbir keçirtdi.