"Gəlin birlikdə oxuyaq" adlı tədbir

  Kitab sənin ilk dostundur. Çünki kitab oxumaq ruhumuzu qidalandırır. Körpələrdə kitaba qarşı maraq və sevgi yaratmaq məqsədilə məktəbin 0 c sinfinin rəhbəri Könül Bədəlova “23 aprel-Oxu günü"ilə bağlı tədbir keçirtdi. Tədbirdə uşaqlar dünya və Azərbaycan uşaq ədəbiyyatının ən maraqlı nağıllarının obrazlarını səhnələşdirdilər. Cizgi filmlərində, şəkilli kitablarda gördüyü, böyüklərin dili ilə öyrəndiyi nağılların qəhrəmanına çevrilmək, rollu oyunlarla birbaşa nağıl qəhrəmanı olmaq uşaqların böyük sevincinə səbəb oldu. Hələ uşaq ikən uşaqlarda bədii ədəbiyyata, mütaliəyə geniş maraq yaratmaq məqsədilə təşkil olunmuş tədbir uşaqların böyük marağına səbəb oldu. Sonda Könül müəllimə kitab oxumağın, bilikli olmağın insan həyatındakı rolundan danışaraq uşaqlarla tərbiyəvi söhbət apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi