Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat bilik zəka mənbəyidir

Şəxsiyyət olaraq insanın formalaşmasında, məntiqi təfəkkürün inkişafında mütaliənin, kitabların rolu böyükdür. Şagirdlərdə kitablara, mütaliəyə həvəs yaratmaq üçün məktəbdə Azərbaycan-dili və ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə tədbir keçirildi. Tədbirin birinci hissəsində şagirdlər sevdikləri qəhramanları canlandırıb kitabların insanların həyatındakı rolundan danışdılar. Tədbirin ikinci hissəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olundu. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular.