"Tarixə yazılan şəxsiyyət" adlı tədbir

  2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

  1 g sinif rəhbəri Təranə Qəhrəmanova Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Tarixə yazılan şəxsiyyət" adlı tədbir keçirtdi. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova və müəllimlər iştirak edirdi. Tədbirdə şagirdlər Heydər Əliyevin həyat yolu haqqında məlumat verib, şeirlər, kəlamlar söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi