“Çənlibelin işığında” adlı tədbir

  İnsanı insan edən, onun ruhunu saflaşdırıb aliləşdirən amillərdən biri də mütaliədir. Mütaliə etdikcə, keçmişlə bu günün qovşağında qaldıqca həyata daha sıx-sıx bağlanır, onu dərin məhəbbətlə sevirik. Və bu sevginin təməli körpələlikdə qoyulduqda daha dərin qatlara işləyir.

  Respublikamızda bir neçə ildir ki, 23 Aprel “Oxu Günü” kimi qeyd olunur. Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən də 6 a sinfinin balaca ədəbiyyatsevərləri ilə söz sənətinin seyrinə çıxdı. Budəfəki səyahət igidlər yurdu Çənlibel-Koroğlu oylağı idi. ”Koroğlu” dastanın qəhrəmanları ilə görüş, bu qəhrəmanlara xalq məhəbbəti, balaca aktyorların ifası böyük maraq oyatdı. Dastanın dövrümüzə qədər gəlməsi və hələ də sevilə-sevilə oxunmasının səbəbləri, eyni zamanda bütün dövrlər üçün həmişə aktual olması uşaqların çıxışında öz əksini tapdı. “Çənlibelin işığında” adlı tədbir balaca aktyorlarla bərabər ”igid rəqqasların” çıxışı ilə daha da nurlandı.

  Nurunuz əbədi olsun, mütaliəni həyat amalına çevirənlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi