“Xilaskar”adlı tədbir

   Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, dünya azərbaycanlıları görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Bu münasibətlə 3 g sinif rəhbəri İlahə Əsədovanın təşkilatçılığı ilə Heydər Əliyevə həsr olunmuş “Xilaskar”adlı tədbir keçirildi. Tədbirdə Heydər Əliyevin təhsilə, mədəniyyətə, gənclərə, uşaqlara olan qayğısından danışıldı. Şagirdlər şeirlər deyib, Heydər Əliyevin kəlamlarını yada saldılar, hazırladıqları əl işlərini təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi