“Oxu günü” çərçivəsində məktəbdə silsilə tədbirlər

“Oxu günü” çərçivəsində məktəbdə silsilə tədbirlər davam edir. Şagirdlərdə bədii ədəbiyyata maraq oyatmaq təkcə kitab oxumaqla deyil, eyni zamanda, sinifdənxaric və məkdəbdənkənar işlərin rolu böyükdür. Ədəbiyyata olan sevgi bu dəfə 11 a sinif şagirdlərini Azərbaycan Dövlət Dram Teatrına apardı. Əli Əmirlinin eyni adlı əsəri əsasında həmişəcavan şairimiz M. Müşfiqə həsr olunmuş “Ah bu uzun sevda yolu” tamaşası şagirdlərin qəlbində dərin iz buraxdı. Tamaşadan sonra isə məktəbin ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə tamaşanı müzakirə edib öz təəssüratlarını bölüşdülər.