Dünyaya gələn nadir dahilərdən biri

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 100 İlliyi münasibəti ilə 2 f sinfində "Ümummilli lider Heydər Əliyev- Dünyaya gələn nadir dahilərdən biridir"adlı tədbir keçirildi. Tədbirdə şagirdlər dahi şəxsiyyətin həyat yolu ilə ətraflı tanış oldular, öz şeir və təqdimat nümunələri ilə ulu öndəri andılar. Azərbaycanın müstəqilliyinin bərpa olunmasında, quruculuq işlərində, ölkəmizin azad Respublika olaraq dünyaya tanınmasında Ulu Öndərin misilsiz xidmətləri qeyd olundu. Sonda Ulu öndərin ən böyük arzusunun cənab prezident İlham Əliyev tərəfindən reallaşdırılmasını əks etdirən görüntülər dinləyicilərə və şagirdlərə duyğusal anlar yaşatdı. "Qarabağ Azərbaycandır!" şüarı yenidən ucaldı.
Uşaqların sevimli babası, dahi insan, Heydər Əliyev, siz hər zaman qəlbimizdə yaşayacaqsınız.