"Ürəklərdə ucalan abidə"adlı dərs-ekskursiya

   Aprelin 11-də məktəbin ibtidai sinif müəllim Kəmalə Əhmədova rəhbərlik etdiyi, Raquf Orucov adina 2 b sinif şagirdləri ilə Ümummili lider, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ürəklərdə ucalan abidə" adlı dərs-ekskursiya keçirtdi. Sinif kollektivi ilk olaraq Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət etdilər. Şagirlərə Heydər Əliyevin ömür yolu haqqında məlumat verildi. Onlar Ulu öndərə həsr olunmuş şeirlər söylədilər. Daha sonra dərs-ekskursiya Heydər Əliyev adına mərkəzdə davam etdirildi. Ekskursiya zamanı şagirdlər Heydər Əliyev haqqında məlumatları dinlədilər, onun müxtəlif illərdə çəkilmiş şəkilləri və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.

   Şagirdlər, həmçinin, muzeydə milli dəyərlərimiz olan "Azərbaycan inciləri" ilə də taniş oldular. Dərs-ekskursiya xoş təəssüratlarla yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi