"Reproduktiv sağlamlıq"la bağlı maarifləndirici görüş

10 aprel 2023-cü il tarixində məktəbdə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə maarifləndirici görüş keçirildi. Reproduktiv sağlamlıq –fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. Şagirdlərə bildirildi ki, bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyat boyu qorunub saxlanılır.