"Xilaskar lider" adlı tədbir

    Öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai- siyasi, iqtisadi, maddi-mənəvi həyatında tarix yaradan dahi şəxsiyyət Heydər Əliyevin bu il 100 illiyi qeyd edilir. Bununla bağlı ölkəmizdə tədbirlər keçirilir. Məktəbin ibtidai sinif müəllimi Könül Bədəlova tədris etdiyi Polad Həşimov adına 4 c sinfində  bu məqsədlə “Xilaskar lider” adlı tədbir keçirtdi. Tədbirdə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova, məktəbin psixoloqu Səbinə Əzimova və valideynlər iştirak etdi. Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verildi, dahi şəxsiyyətin müdrik kəlamları deyildi. Şagirdlər tərəfindən şeirlər söylənildi, mahnılar ifa olundu. Yekun olaraq qeyd olundu ki, bir mahnının sözlərində deyildiyi kimi: “ Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi