"Ulu öndərin ömür yoluna səyahət" adlı ekskursiya dərs

Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən birini də tarix müəllimi Səriyə Əhmədova 6 a sinfinin şagirdləri ilə keçirtdi. "Ulu öndərin ömür yoluna səyahət" adlı ekskursiya dərsində ilk olaraq müəllim şagirdlərə ulu öndər haqqında məlumat verdi, daha sonra videoçarx nümayiş etdirilərək məktəb foyesində dərsi davam etdirildi. Şagirdlər Heydər Əliyevin dəyərli fikirləri ilə dərsi yekunlaşdırdılar.