Heydər Əliyev Mərkəzinə ekskursiya

    Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  06.04.2023-cü il tarixində məktəbin 6 f sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Novruzlunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya çərçivəsində şagirdlərə mərkəz tərəfindən ətraflı məlumat verildi. Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, Azərbaycan tarixini, mədəniyyətini, iqtisadiyyatını, milli-mənəvi sərvətlərini əks etdirən vəsaitlərlə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi