Psixoprofilaktik iş

Hər bir şagirdin daxili dünyası rəngarəng, fərqli və qeyri-adidir. Şagirdlərin həyatında baş verən dəyişikliklər, itkilər yaranan problemlər təlim, təhsil fəaliyyətinə mənfi təsir göstərir. Şagirdlərin daxili aləminə səyahət etmək orda baş verən dəyişiklikləri, problemləri psixi vəziyyəti tədqiq edib həll etmək məqsədi ilə məktəbin psixoloqu Səbinə Əzimova İllik Fəaliyyət Planına əsasən 4-cü sinif şagirdləri ilə psixoprofilaktik iş təşkil etdi. Şagirdlər öz daxilinə səyahət edərək onları narahat edən problemləri psixoloqla bölüşərək həll etdməyə çalışdılar. Sonda şagirdlər sevinc və sevgi dolu baxışlarla dərs fəaliyyətinə davam etdilər.