Psixoprofilaktik və maarifləndirici iş

İmtahan həyəcanı şagirdlərin nailiyyət qazanmasının qarşısını alan ən başlıca səbəblərdən biridir. İmtahanda baş verən narahatçılıqlar, baş verə biləcək hər bir hadisə, daxili xarici maneələr hər bir şagirdin uğur qazanmasına sədd qoya bilər. Bu kimi hadisələr baş verdikdə nə etmək lazımdır, şagirdlər yaranmış həyəcanı necə yox edə bilərlər, hər hansı hadisə yarandıqda imtahan daxilində necə reaksiya verməlidirlər bu kimi məsələləri məktəbin psixoloqu Nurlanna Əhmədova İllik Fəaliyyət Planına əsasən psixoprofilaktik və maarifləndirici iş təşkil edərək 9-cu sinif şagirdləri ilə həll etdi və şagirdlərə tövsiyələr verdi. Şagirdlər imtahanda yaranan problemləri səsləndirərək öz suallarına cavab tapdılar.