"Novruz adətləri" adlı bayram tədbiri

13 mart tarixində Turan Məhərrəmov adına 1ç sinfində, ibtidai sinif müəllimi Ruba Eyvazovanın rəhbərliyi ilə "Novruz adətləri" adlı bayram tədbiri keçirildi. Tədbiri başlamamışdan öncə vətənimizi azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə körpə fidanların ifasında mahnı, rəqs və bir-birindən maraqlı səhnəciklər nümayiş olundu. Tədbirin əsas məqsədi "Novruz bayramı" nın adət-ənənələrini şagirdlərə başa salmaq və o hissləri onlarda yaşatmaq idi. Keçirilən tədbir müəllim və valideynlər tərəfindən rəğbətlə qarşılandı. Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova tədbir haqqında öz fikirlərini və arzularını bildirdi.