31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə aid tədbir

30 dekabr 2016-cı il tarixində 281 № li məktəbin akt zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi. Tədbirdə şagirdlər Azərbaycan mövzusunda şeirlər söylədilər, mahnılar ifa etdilər. Aparıcılar bildirdilər ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyulmuşdur. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu bayram hər il böyük təntənə ilə qeyd edilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi