“5 mart Bədən tərbiyə və İdman günü”nə həsr olunmuş tədbir

02.03.2023-cü il tarixində məktəbdə “5 mart Bədən tərbiyə və İdman günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirə başlamamışdan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Dadaş Əliyev, fiziki tərbiyə müəllimləri, idmançı şagirdlərimiz və Hövsan Olimpiya Kompleksinin Karate-Do idman növü üzrə məşqçisi İbrahim Heydərov iştirak edirdilər. Şagirdlərin sualları cavablandırıldı. Sonda direktor şagirdlərə öz tövsiyyələrini verdi və onlarla xatirə şəkli çəkdirdi.