“Yurdumuza bahar gəlir” adlı quşlardan ibarət rəsm sərgisi

    Yurdumuza bahar gəlir allı-güllü, yaşıl örpəkli bahar. Bu münasibətlə məktəbimizin direktor müavini Bəsti Nəsibovanın təsviri incəsənətdən dərs dediyi 3 g sinif şagirdi Selin İdrisovanın “Yurdumuza bahar gəlir” adlı quşlardan ibarət rəsm sərgisi keçirildi. Sərgidə Selin əl işlərini öz yoldaşlarına ,müəllimlərinə təqdim edib, onlar haqqında danışdı. Qaranquşun yazın müjdəçisi olduğunu xüsusi vurğulayıb. Bəsti müəllimə də öz fikirlərini şagirdlərlə bölüşərək bildirib ki,təbiət bizim düşündüyümüzdən daha canlı, daha hərəkətlidir. Danışmağa dili olmasa da insanlara deməyə ürəkdolusu sözü var.Və bu sözləri baharda rənglərin dili, bulaqların şırıltısı, çiçəklərin ətri, quşların nəğmələri ilə deyir. Biz bunları bir daha Selinin təqdim etdiyi sərgidə hiss etdik və yaşadıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi