“1 Mart Beynəlxalq Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir

Bu gün məktəbdə Hərbi rəhbər Köçəri Verdiyevin təşkilatçılığı ilə “1 Mart Beynəlxalq Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi. Şərti olaraq zəlzələ vaxtı dağıntılar altında qalanlar xilasedicilər tərəfində xilas edildi. Şərti yanğınlar söndürüldü, yaralılara tibbi yardım göstərildi. Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev Mülki Müdafiənin məqsəd və vəzifələri haqqında məlumat verdi. Qeyd edək ki, tədbir Türkiyədə baş verən zəlzələyə həsr olunmuşdur. Şagirdlər zəlzələ bölgələrinin rəsmlərini də nümayiş etdirdilər.