Xocalı faciəsi xalqımızın sağalmaz yarasıdır

24 fevral tarixdə İbtidai sinif müəllimi Ruba Eyvazovanın rəhbərliyi ilə 1 ç sinfində Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı, şəhdilərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə körpə fidanların söylədikləri şeirlər, göstərdiklərini səhnəciklər, fikirlər bir daha onu göstərdi ki, biz düşmənlərin dinc sakinlərə günahsız insanlara, körpələrə qarşı etdiyi insanlığa sığmayan vəhşiliklərini unutmayacağıq. Sonda təlim tərbiyə işləri üzrə üzrə direktor müavini Bəsti Nəsibova da fikir bildirdi.