"Yaddaşımızın ağır yükü-Xocalı" adlı “Dəyirmi masa”

  Xocalı soyqırımı Azərbaycan tarixinə daxil olmuş ən dəhşətli hadisələrdən biridir. Heydər Əliyev Xocalı soyqırımına qiymət verərkən belə deyir:"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"

  Erməni vəhşilikləri deyəndə ağla gələnlər:sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər, başının dərisini soyulması, başlarını və bədəninin digər orqanlarını kəsilməsi, uşaqların gözlərini çıxarılması, hamilə qadınların qarnını yarılması, daha nələr nələr edirdilər ki dilə belə gətirmək çox çətindir. Bütün bunlar insan psixologiyasına, tariximizə, insan taleyinə bir zərbədir. Bu zərbə illər ötsə də, yaddaşların ən ağır yükü olacaq. Bu yükü yüngülləşdirmək məqsədi ilə məktəbin psixoloqları Nurlanna Əhmədova, Səbinə Əzimova, məktəbin təşkilatçı rəhbəri Arzu Əliyeva və tarix müəllimi Səriyə Əhmədova "Yaddaşımızın ağır yükü-Xocalı" adlı “Dəyirmi masa” təşkil etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi