”Xocalı soyqırımı-qan yaddaşımız”adlı tədbir

    Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

    Respublikamızın bütün məktəblərində “Xocalı faciəsi” ilə bağlı sinif teskilat saatları, tədbirlər keçirilir. 23.02 2023-cü ik tarixində məktəbin tarix müəllimi Aksana Usubaliyevanın təşkilatçılığı, 10 ç və 7 f sinif şagirdlərinin iştirakı ilə”Xocalı soyqırımı-qan yaddaşımız”adlı tədbir keçirildi. Bizə zəfəri yaşadan şəhidlərimizin xatirəsi yad edildi. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək şagirdlərə bu faciəni unutmamağı və qan yaddaşımızı gələcək nəsillərə də çatdırmğı tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi