"Beynəlxalq Ana dili Günü" adlı “Təşkilat saatı”

Bu gün 2 f sinfində sinif rəhbəri Nigar Həsənova "Beynəlxalq Ana dili Günü" adlı “Təşkilat saatı” keçirtdi. Müəllim ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dunyagörüşünün genişlənməsində mühüm rol oynadigindan danışdı. Dilimizin çox zəngin olduğu haqqında şagirdlərə məlumat verdi. Şagirdlər şeirlər danışdılar, leksikonumuzda olan, digər dillərdən keçən sözlərin Azərbaycan dilində olan izahını verdilər.