“Ana dilimiz milli-mənəvi sərvətimizdir” adlı “Təşkilat saatı”

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. 21 fevral hər il bütün dünyada “Beynəlxalq Ana dilı Günü” kimi qeyd edilir. Bu məqsədlə 4 c və 4 ç sinif şagirdlərinin iştirakı ilə “Ana dilimiz milli-mənəvi sərvətimizdir” adlı “Təşkilat saatı” keçirildi. Şagirdlər “Ana dili Günü”nün yaranması tarixi haqqında məlumat verdilər, dilimizin gözəlliyini tərənnüm edən şeirlər, aforizmlər, atalar sözləri söylədilər. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova, ibtidai sinif müəllimləri Zemfira Rüstəmova, Könül Bədəlova Kəmalə Əhmədova və psixoloq Səbinə Əzimova iştirak etdilər. Sonda müəllimlər dilimizin saflığını, gözəlliyini qorumaq haqqında uşaqlarla tərbiyəvi mövzuda söhbət apardılar. Qeyd olundu ki, Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Bu dili sevmək, göz bəbəyi kimi qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.