"İmtahan həyəcanını yox edək" adlı “Dəyirmi masa”

15 fevral 2023-cü il tarixində İllik Fəaliyyət Planına əsasən məktəbin psixoloqu Nurlanna Əhmədova 9-11 ci sinif şagirdləri ilə qarşıdan gələn imtahanda müvəffəqiyyət qazanmaları, şagirdlərin daha yüksək nailiyyət əldə etməsi məqsədi ilə "İmtahan həyəcanını yox edək" adlı “Dəyirmi masa” təşkil etdi. İmtahan həyəcanının şagirdə mənfi təsirləri, həyəcanın heç bir müsbət tərəfi olmadığını vurğulayan psixoloq eyni zamanda şagirdlərin həyəcan yarandığı zaman hansı üsullarla onu yox edə bilərik, çox həyəcan zamanı necə özümüzü ələ ala bilərik suallarına ətraflı cavab verdi. Şagirdlərə yüksək stimul və motivasiya verildi.