“Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda mühazirə

20.12.2016 ci il tarixində 270 № li məktəbin akt zalında 281 № li məktəbin 11-ci sinif şagirdlərinə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda mühazirə oxundu. Mühazirəçi 281 № li məktəbin tarix müəllimi Dadaşova Dilarə çıxışında bildirdi ki, respublikamız bugünkü müstəqilliyini əldə etmək üçün çox çətin, lakin şərəfli mübarizə yolu keçmişdir. Ulu öndərimiz Heydər Əliyevin dövlətimizi parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Mühazirəçi çıxışını Ulu Öndərimizin ən yeni tariximizə epiqraf əvəzi kimi yazılmış sözləri ilə bitirdi: “Azərbaycan Respublikası onun başına nə gəlir gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarətinə düşməyəcəkdir ”.H.Əliyev məktəbinin layiqli davamçısı İ.Əliyevin siyasəti bunu bir daha təstiq edir.