2 Fevral Gənclər Günü münasibəti ilə bayram konserti

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayı Suraxanı rayonu Hövsan Kitabxanası ilə birgə məktəbimizdə 2 Fevral Gənclər Günü münasibəti ilə bayram konserti keçirmişdir. Konsert  himnimizin ifası ilə açıq elan edilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Konsertin aparıcısı Hövsan kitabxanasının müdiriFatimə Hacıəliyeva 2 Fevral Gənclər Günü haqqında məlumat vermiş, konsert boyu Azərbaycan gəncinin ölkəsinin hüdudlarından kənarda da qazandığı  uğurlarından, vətənpərvərlik hissindən və ikinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açmışdır.

Daha sonra ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin gənclər haqqında söylədiyi fikirləri özündə əks etdirən videoçarxlar nümayiş edilmişdir. Konsert proqramında gənclərin maarifləndirilməsi məqsədi ilə “Narkomaniyaya yox deyək” layihələri haqqında da məlumat verilmiş, bu mövzuda maarifləndirici qısametrajlı film nümayiş edilmişdir.

Bundan əlavə konsert proqramında sarayın bədii qiraət dərnəyinin üzvləri vətənpərvərlik mövzusunda şeir kompozosiyaları səsləndirmiş, gənc müğənnilər Aynurə Ədilova, Şixəli Bağırzadə, Sevinc Süleymanzadə və Esmira İsmayıl qızı öz nəğmələri ilə gəncləri təbrik etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi