Hərbi təhsil müəssisələrinə qəbul ilə bağlı maarifləndirici söhbət

    Məktəbin Hərbi rəhbəri Köçəri Verdiyevin təşəbbüsü ilə məktəbin akt zalında şagirdlərə Hərbi təhsil müəssisələrinə qəbul ilə bağlı təbliğat xarakterli videofilm göstərildi. İlk öncə Ulu öndər və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Hərbçi peşəsinin ən şərəfli peşə olduğu bir daha şagirdlərə çatdırıldı. Günümüzün reallıqlarından biri də ilbəil hərbi təhsilə, hərb peşəsinə marağın artmasıdır. Milli qəhrəmanlarımızla, şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızla qürur duyan gənclik özünü yalnız hüquqşünas, həkim, müəllim görmür, həm də hərbçi görür.

Sonda məktəbin direktoru Dadaş Əliyev Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi yüksək xidmət və qayğıdan danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi