Vətənpərvərlik tərbiyəsində mütaliənin müstəsna əhəmiyyəti

Bakı şəhəri V.Mirzəliyev adına 281 nömrəli məktəbdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif xarakterli tədbirlər (diskussiya səciyyəli konfranslar, rəy və inşa müsabiqələri, mütaliə zamanı əldə olunmuş biliklərin yoxlanılması məqsədilə intellektual yarışlar) keçirilir.Bu baxımdan məktəbdə şagirdlərin mütaliəsində ilk növbədə vətənpərvərlik ruhunun aşılanmasına xüsusi diqqət yetirilir. Müasir Azərbayacan yazıçıları və şəxsiyyətləri ilə görüş haqqında tədbirlər planı hazırlanarkən F.Osmanova və V.Əliyev ilk növbədə vətənpərvərlik ideyalarının qabarıq əks olunduğu əsər müəllifləri, şəxsi nümunə ilə örnək olan insanlarla görüşə önəm verilməsi təklifi ilə çıxış etdilər və layihə hazırladılar.Bu səbədən vətəndaşlıq tərbiyəsində mütaliənin rolu ilə bağlı Aqil Abbas və Ramil Səfərovla görüş keçirildi. Qonaqlar içərində Aqil Abbas, Ramil Səfərov, Şəmistan Əlizamanlı, Ağalar Bayramov, Qarabağ qaziləri vətənpərvərlik tərbiyəsində mütaliənin müstəsna əhəmiyyəti olduğunu vurğuladılar. Tədbirdə şagirdlər oxuduqları əsərlərin motivləri əsasında səhnəciklər nümayiş etdirdilər.Məktəbin direktoru G.Əliyeva qonaqlara mütaliə, təhsil və əsl vətənəpərvərlik ilə bağlı yüksək səviyyəli söhbətlərinə, öyüd-nəsihətlərinə görə minnətdarlığını bildirdi. Tədbir Ş.Əlizamanlının "Can Azərbaycan" mahnısının sədaları altında ruh yüksəkliyi ilə bitdi.