Tariximizdə bu gün-20 Yanvar

    Azərbaycan tarixinə, onun keçmişdən bu günə keçdiyi keşməkeşli yollara sayğı duyan, vətən eşqi, sevgisi ilə böyüyən 5 a sinif şagirdləri bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əhmədova və məktəbin təşkilatçı rəhbəri Arzu Əliyevanın rəhbərliyi ilə 20 yanvar Şəhidlərini yadd etdilər. Anım mərasimində qanlı tarix haqqında geniş məlumatlar verildi, şagirdlər faciəyə aid şeirlər söylədilər və Anım güşəsinin qarşısına qərənfillər düzdülər.Bir daha Vətən uğrunda canından keçən qəhrəman fədailər sayğı ilə xatırlandı. Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi