"Unudulmaz tarixin unudulmayacaq qəhrəmanları" mövzusunda dərs

Məktəbin tarix müəllimi Gülşən Ismayılova 6 g sinif şagirdləri ilə "Unudulmaz tarixin unudulmayacaq qəhrəmanları" mövzusunda xüsusi dərs təşkil etdi. Müəllimə qanlı 20 Yanvar haqqında şagirdlərə geniş məlumat verdi. Uşaqlar da tariximizin qəhrəmanlıq və hüznü özündə cəmləşdirən bu günü ilə bağlı hazırladıqları təqdimatları paylaşdılar. O gün azadlıq toxumunu qəlblərə səpən şəhidləri unutmayacaqlarına söz verən vətənpərvərlər bu salnaməni gələcək nəsillərə də otürəcəklərini bildirdilər.