“Unudulmaz tarix” mövzusunda “Təşkilat saatı”

20 yanvar! Xalqımızın qanlı və şanlı tarixi! 33 ildir ki, bu tarix Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova rəhbərlik etdiyi 8 ç və 6 ə sinifində “Unudulmaz tarix” mövzusunda “Təşkilat saatı” keçirtdi. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra müəllimə xalqımıza qarşı törədilən qanlı faciə haqqında geniş məlumat verdi. Şagirdlər faciəyə həsr olunmuş şeirlər söylədilər, təqdimatlarla çıxış etdilər.