“Unudulmayan tarix” mövzusunda “Təşkilat saatı”

Məktəbin tarix müəllimi Lətifə Abdullayeva rəhbərlik etdiyi 8 a sinfində “Unudulmayan tarix” mövzusunda “Təşkilat saatı” keçirtdi. Müəllimə və şagirdlər 20 Yanvar faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə bu faciəni törədən bədxah qüvvələr və onların baş tutmayan məqsədləri haqqında danışdılar və bu faciəyə düzgün hüquqi-siyasi qiymət verilməsində ulu öndərimiz Heydər Əliyevin böyük rolundan söhbət açdılar. Tədbirin sonunda müəllimə və şagirdlər 20 yanvar faciəsinə həsr olunmuş güşəyə qərənfillər qoydular.