“Biz sizdən öyrəndik” adlı xüsusi dərs

20 Yanvar-bu tarix xalqımızın azadlıq və müstəqillik addımlarının ilk cığırı oldu.Bu cığır 30 illik bir mücadilənin ilkini, özülü oldu
Təhsil müəssisələrində bu tarixi qeyd etmək, onun qurbanlarını yad etmək həm şərəf borcu, həm də vətəndaşlıq borcudur. Tarix müəllimi Səriyə Əhmədova 8-ci sinif şagirdləri ilə bu borcu yerinə yetirmək üçün “Biz sizdən öyrəndik” adlı xüsusi dərs təşkil etdi. Şəhidləri tarixi faktlarla anan şagirdlər onlara sevgilərini hikmətli sözlər, şeirlər vasitəsi ilə ifadə etdilə. Sonda foyedəki “Şəhidlərin xatirə güşəsi”nə qərənfillər qoyuldu.