Səhidlər Xiyabanına ziyarət

    1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür. Məktəbin ibtidai sinif müəllimi Eleonora Ağamaliyeva rəhbərlik etdiyi 3 d sinfini Şəhidlər Xiyabanına və 2 -ci Fəxri Xiyabana ziyarətə apardı. Şagirdlərə bildirdi ki, yanvarın 20-si hər il "Ümümxalq hüzn günü" kimi geniş qeyd edilir. Onlara 20 Yanvar faciəsini, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə aparan şəhidlərimizi heç vaxt unutmamağı və vətənimizə layiqli övlad olmalarını məsləhət gördü. Şagirdlər məzarların üstünə qərənfil qoyub, şeirlər söylədilər. Şəhidlərin ruhuna dualar oxunub, yaxınlarına səbr dilədilər. Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi