20 Yanvar! Müstəqillik mübarizəsinin təməl daşıdır!...

3 ğ sinfi bugün heç vaxt unudulmayan əbədi qanlı yaddaşını yenidən xatırladı. Sinif rəhbəri Gülşən Şəfiyeva keçirtdiyi sinif təşkilat saatında Azərbaycana qarşı törədilən qanlı tarix haqqında şagirdlərə məlumat verdi. Həmin dövrlə bu dövr arasındakı dəyişikliklərdən danışdı.O qanlı gecədə qətlə yetirilənlərin xatirəsi 1dəqiqəlik sükutla yad edildi. Şagirdlər faciəyə həsr edilmiş şeirlərini söylədilər, öyrəndikləri məlumatları çatdırdılar. Bir daha sübut olundu ki,"Torpaq su ilə qarışanda palcıq, qanla qarışanda Vətən olur”