“Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” adlı konfrans

18 Yanvar 2023-cü il tarixində məktəbin tarix müəllimi Hacıbala Abdullayev 9-cu sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” adlı konfrans keçirtdi. Konfransda çıxış edənlər 20 yanvar hadisələrinin Azərbaycan tarixində əzmin, mübarizənin, qəhrəmanlığın simvolu olması haqqında geniş söhbət açdılar. Tədbirdə şagirdlərdən Əfsanə Cəfərzadə, Zəhra Süleymanova Xanım Nəzərova, Röya Kərimova, Cəfərov Əli Cəfərov, Gülçin Nəzərli, Aydan Həmzəzadə, Xədicə Gəncəliyeva, Əli Nurizadə bu hüzünlü gün ilə bağlı hazırladıqları mətnlərlə çıxış etdilər.
Sonda məktəbin direktoru Dadaş Əliyev 20 Yanvarın Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi olmasından, Ümummilli Lider Heydər Əliyevin bu hadisələrə obyektiv qiymət verilməsi üçün gördüyü işlərdən söz açdı. Dadaş müəllim həmçinin qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının Vətən Müharibəsində qazandığı qələbə məhz 20 Yanvar hadislərinin məntiqi nəticəsidir. Tədbirdə məktəbin təşkilatçı rəhbəri Arzu Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Aqşin Kazımov və məktəbin tarix müəllimi Səriyə Əhmədova iştirak etdilər.